525.Az

Balaca qız küçədən 25 min manat tapdı


 

Balaca qız küçədən 25 min manat tapdı<b style="color:red"></b>

İstanbulda avtobus dayanacağında 25 min Azərbaycan manatı (təqribən 50 min lirə) tapılıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, pulu balaca qız tapıb və onunla gəzintiyə çıxan anasının rəfiqəsinə göstərib. Onlar pulu birlikdə polis idarəsinə təslim ediblər.

Henife Önder adlı qadın eyni zamanda sosial şəbəkədə də elan verib:

"Ümid edirəm, pul öz sahibinə çatar. Həmin adamla tanış olmaq istərdim. Özüm restoranda işləyirəm və alnımızın təri ilə pulumuzu qazanırıq".

 





15.10.2016    çap et  çap et