525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

17 oktyabr Ümumdünya Yoxsulluqla Mübarizə Günüdür.

1992-ci ildə Birləşmiş Millətlər Təşkilatı 17 oktyabr tarixini Yoxsulluqla Mübarizə Günü kimi elan etdi və bütün bəşəriyyəti bu problemlə mübarizəyə səsləmiş oldu.

Bu günün təsis edilməsinin məqsədi yoxsulluğa qarşı milli, regional və beynəlxalq səviyyələrdə mübarizə səylərini birləşdirməkdir.

1855-ci il. Məşhur ingilis mühəndisi Henri Bessemer polad istehsalı prosesini patentləşdirib.

1902-ci il. ABŞ-ın Detroyt şəhərində məşhur “Cadillac” avtomobili istehsal edilib.

Bu avtomobil Detroyt şəhərinin əsasını qoyan məşhur səyyah Antuan Lome de Lamot de Kadillakın şərəfinə belə adlandırılıb.

1918-ci il. Moskvada dünyada ilk dəfə olaraq oyuncaq muzeyi yaradılıb.

 





17.10.2016    çap et  çap et