525.Az

Qeyri-sabit hava oktyabrın 19-dək davam edəcək


 

Qeyri-sabit hava oktyabrın 19-dək davam edəcək<b style="color:red"></b> Şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin Azərbaycan ərazisinə daxil olması ilə əlaqədar olaraq dünəndən başlayaraq qeyri-sabit hava şəraiti bir qədər də kəskinləşib.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, ölkə ərazisində şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-8 dərəcə düşüb.
 
Azərbaycanda müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti oktyabrın 19-u gündüz saatlarınadək davam edəcək.
 





17.10.2016    çap et  çap et