525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Oktyabrın 18-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən xəbərə görə, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq
 
Havanın temperaturunun gecə 6-8° isti, gündüz 9-12° isti, Bakıda gecə 6-8° isti, gündüz 8-10° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.
 
Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 6-9° isti, gündüz 9-14°, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
 





17.10.2016    çap et  çap et