525.Az

Qanunsuz ovla məşğul olan İraq vətəndaşları saxlanıldı


 

Qanunsuz ovla məşğul olan İraq vətəndaşları saxlanıldı<b style="color:red"></b> Oktyabrın 13-də Ağgöl Milli Parkının ərazisində 2 nəfər xarici ölkə vətəndaşı qanunsuz ova cəhd edən zaman parkın əməkdaşları tərəfindən saxlanılaraq barələrində qanuna müvafiq tədbirlər görülüb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İraq Respublikasının vətəndaşı Saif Jamal Nadhim və Jalil Hamid Bares saxlanılıb və onlardan 10 ədəd diri göyərçin, 5 ədəd qızıl quş tutmaq üçün cələ, 1 ədəd qızıl quş ovlamaq üçün tələ, 1 ədəd qızıl quş üçün papaq, 2 ədəd yataq döşəyi, 2 ədəd qaz balonu və yemək ləvazimatları aşkar edilərək götürülüb.
 
Bildirilib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq sənədləşmə aparılıb və qanunsuz ov alətləri müsadirə olunaraq qanun pozucuları İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, hər biri 2000 manat olmaqla, 4000 manat məbləğində cərimə edilib: “Qanun pozucularının ölkə ərazisindən məcburi qaydada çıxarılması ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə müraciət məktubu göndərilib”.
 





17.10.2016    çap et  çap et