525.Az
Bütün tank bölmələrində məşqlər keçirilir
Silahlı Qüvvələrin bütün tank bölmələrində məşqlər keçirilir.
Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, məşqlərin əsas məqsədi bölmələrin şəxsi heyətinin tankların düzənlik və relyefi çətin keçilən ərazidə sürülməsi, döyüş əməliyyatları zamanı idarə edilməsi üzrə vərdişlərinin təkmilləşdirilməsidir.
Məşqlər zamanı tank ekipajları zirehli texnikanın ərazidə təbii və süni maneələri dəf etməklə sürülməsi üzrə məşğələləri icra edir, müxtəlif manevrlər və atışlar həyata keçirirlər.
17.10.2016
çap et