525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib.

Həmin sənədə görə, Azərbaycan SSRİ-dən ayrılaraq müstəqil dövlət elan olunub və 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi sayılıb.

1867-ci il. Hazırda ərazisinə görə ABŞ-ın ən böyük ştatı olan Alyaska Rusiya tərəfindən bu ölkəyə qızılla 7,2 milyon dollara satılıb.
 
1922-ci il. Böyük Britaniyanın “BBC” (Bi-Bi-Sİ) radioyayım korporasiyası təsis edilib.

BBC-yə Böyük Britaniyada iki efir və üç kabel/peyk/rəqəmsal telekanal, habelə 14 milli rəqəmsal radiostansiya, bir neçə internet saytı, təqribən 40 jurnal məxsusdur.

2007-ci il. Pakistanda bu ölkənin tarixində ən böyük terror aktı baş verib.

Tanınmış siyasi xadim Bənəzir Bhuttonun kortejində partlayış törədilib, 20-dən çox adam həlak olub.

Bənəzir Bhutto əsasən müsəlman əhalinin yaşadığı bir ölkənin ən yeni tarixində ilk qadın hökumət başçısı olub.

 





18.10.2016    çap et  çap et