525.Az

Ərdoğan İlham Əliyevə zəng etdi


 

Ərdoğan İlham Əliyevə zəng etdi<b style="color:red"></b> Oktyabrın 18-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.
 
APA-nın xəbərinə görə, Türkiyə prezidenti Azərbaycan prezidentini Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib, Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.
 
Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.
 





18.10.2016    çap et  çap et