525.Az

Azər Xudiyev Ukrayna Diplomatik Akademiyasında


 

Azər Xudiyev Ukrayna Diplomatik Akademiyasında<b style="color:red"></b>

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Ukrayna Xarici Işlər Nazirliyinin nəzdində Diplomatik Akademiyanın rektoru Vyaçeslav Tsivatiy ilə görüş keçirib.

Səfirlikdən 525.az-a verilən məlumata görə, görüş zamanı tərəflər akademiya ilə səfirlik arasında əməkdaşlıq imkanlarını, xüsusilə birgə tədbirlərin və sərgilərin keçirilməsini müzakirə ediblər.

Eyni zamanda, Azərbaycan Diplomatik Akademiyası və Ukrayna Diplomatik Akademiyası arasında münasibətlərin daha intensiv və geniş formatda, həmçinin birgə layihələrə əsaslanan əməkdaşlıq üzrə istiqamətləri müzakirə olunub.

Daha sonra səfir akademiyanın böyük zalında professor və müəllim heyətinin iştirakı ilə geniş tələbə auditoriyası qarşısında Regional Təhlükəsizlik məsələləri haqqında mühazirə ilə çıxış edib.

A.Xudiyev, eyni zamanda, Azərbaycan-Ukrayna münasibətlərinin müasir vəziyyəti haqqında məlumat verərək, tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Bundan başqa, diplomat 2011-ci ildə uğurla bitirdiyi Ukrayna XİN yanında Ukrayna Diplomatik akademiyası ilə bağlı öz təəssüratlarını və xatirələrini tələbələrlə bölüşüb.

Cavid QƏDİR

 





19.10.2016    çap et  çap et