525.Az

Şirvan şəhərində atışma: dörd nəfər güllələnib


 

Şirvan şəhərində atışma: dörd nəfər güllələnib<b style="color:red"></b> Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində qətl hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, bir neçə dəqiqə bundan əvvəl qonşular arasında silahlı insident baş verib, nəticədə dörd nəfər güllə yarası alıb. Onlardan biri, 24-25 yaşlarında olan Aşurov Zaur Əliyusif oğlu hadisə yerində keçinib, 3 nəfər isə Şırvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Polis qətl törədənin tapılması üçün əməliyyata başlayıb.

Şirvan şəhər mərkəzi xəstəxanasından APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, yaralılar insident zamanı dünyasını dəyişmiş Aşurov Zaur Əliyusif oğlunun qardaşı, 1982-ci il təvəllüdlü Aşurov Davud Əliyusif oğlu, 1970-ci il təvəllüdlü Nağdəliyev Yavər Səyyar oğlu və 1984-cü il təvəllüdlü Abdullayev Rəşad Eldar oğludur.
 
 





19.03.2013    çap et  çap et