525.Az

Özbəkistan baş nazirinin prezidentliyə namizədliyi irəli sürüldü


 

Özbəkistan baş nazirinin prezidentliyə namizədliyi irəli sürüldü<b style="color:red"></b> Özbəkistanda prezidentin səlahiyyətlərini müvəqqəti icra edən baş nazir Şövkət Mirzyoyevin prezidentliyə namizədliyi irəli sürülüb.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Liberal-Demokratlar Partiyasının qurultayında qərar verilib.
 
Yaxın günlərdə onun namizədliyi rəsmən təsdiqlənmək üçün Mərkəzi Seçki Komissiyasına göndəriləcək.
 
Namizədlərin qeydiyyatı oktyabrın 30-da bitəcək.
 
Seçkilər dekabrın 4-də keçiriləcək.
 





19.10.2016    çap et  çap et