525.Az

Mehmet Nuri Parmaksızın "Həsrət, eşq və sükut"u müzakirə edildi


 

Mehmet Nuri Parmaksızın "Həsrət, eşq və sükut"u müzakirə edildi<b style="color:red"></b>

Ötən gün Sabir adına Mərkəzi Şəhər Kitabxanasında türkiyəli yazar Mehmet Nuri Parmaksızın "Həsrət, eşq və sükut" kitabının müzakirəsi keçirilib.
 
İştirakçılar şeir, ədəbiyyat, eşq və digər mövzularda polemika aparıblar. Şair oxucuların suallarını cavablandırıb və öz şeirlərini səsləndirib.

Tədbirdə iştirak edən türkiyəli müğənni Mehmet Özkaya musiqi ifa edib. Azərbaycan oxucuları kitabla Gülnar Səmanın tərcüməsində tanış olublar.

AYB-nin mətbuat katibi Xəyal Rza, professor Turgut Göksay, kitabxananın müdiri Gülşən Abbasova, şairlər Ramil Mərzili, Ələmdar Cabbarlı və başqaları da tədbirdə iştirak ediblər.

MÜŞFİQ

 





20.10.2016    çap et  çap et