525.Az

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi


 

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi<b style="color:red"></b> Azərbaycan Respublikası Silahlı Qüvvələrinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində bəyan etdiyi ƏİK Kəşfiyyat bölüyünün 1-ci səviyyəli özünüqiymətləndirmə təlimi keçirilir.
 
Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, təlim zamanı kəşfiyyat bölmələrinin NATO ilə uyarlılıq səviyyəsi, sülhməramlı qüvvələr tərkibində və digər əməliyyatlar zamanı taktiki tapşırıqların icrası qiymətləndirilir.
 
Təlimdə NATO-nun İzmir şəhərində yerləşən Quru Qoşunları Komandanlığının nümayəndə heyəti müşahidəçi qismində iştirak edir.
 





20.10.2016    çap et  çap et