525.Az

Dünya Bankı 2017-ci il üçün neftin qiymətinə dair proqnozunu qaldırdı


 

Dünya Bankı 2017-ci il üçün neftin qiymətinə dair proqnozunu qaldırdı<b style="color:red"></b> Dünya Bankı 2017-ci il üçün neftin bir barelinin qiymətinə dair proqnozunu 55 dollara qaldırıb.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə DB-nin açıqlamasında deyilir. 
 
Proqnoza əsasən, enerji daşıyıcıların qiyməti gələn il 25 faizədək qalxacaq. Cari il üçün neftin qiymətinə dair proqnoz bir barel üçün 43 dollar səviyyəsində saxlanılıb. 
 
Qeyd edək ki, neft hasilatının həcminin “dondurulmasına” dair yekun qərarın noyabrın 30-da Vyanada keçiriləcək OPEK-in rəsmi görüşündə qəbul ediləcəyi gözlənir.  
 





21.10.2016    çap et  çap et