525.Az

Ağcabədidə Novruz bayramı ümumrayon şənliyi keçirilib


 

Ağcabədidə Novruz bayramı ümumrayon şənliyi keçirilib<b style="color:red"></b>

Ağcabədi şəhərinin mərkəzi stadionunda Novruz bayramı  münasibətilə ümumrayon şənliyi keçirilib.

Tədbirdə çıxış edənlər ağcabədililəri bayram münasibətilə təbrik edib, qədim adət-ənənələrimizdən olan Novruzun xalqımız tərəfindən həmişə böyük sevinclə qarşılandığını bildiriblər. Əminliklə vurğulanıb ki, işğal altında olan bütün torpaqlarımız Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində azad olunacaq və məcburi köçkünlər gələn Novruz bayramını öz doğma ocaqlarında qeyd edəcəklər.

Bayram tədbirində rəsm, əl işləri və gül müsabiqələri keçirilmiş, qaliblərə, eləcə də rayonun ictimai-siyasi həyatında fəallıq göstərənlərə, respublika və beynəlxalq yarışlarda nailiyyətlərə imza atmış idmançılara, mədəniyyət və təhsildə uğur qazanmış gənclərə fəxri fərmanlar və hədiyyələr verilib. 

Rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı şən və rəngarəng proqram tamaşaçılarda xoş ovqat yaradıb.

Bayram şənliyində tonqallar alovlanmış, milli adət və ənənələr yad edilib. Faytonla meydana daxil olan Bahar qızı və əlində od tutmuş Dədə Qorqud mərasim iştirakçılarını Novruzun gəlişi münasibətilə təbrik etmiş, onlara bol ruzi, əmin-amanlıq və xoş günlər arzulayıblar. Kosanın və Keçəlin məzhəkəli oyunları, gənc idmançıların çıxışları maraqla qarşılanıb.

Tədbirdə milli atçılıq oyunu növü olan “Çövkən” nümayiş olunmuş, qalib komandaya kubok və hədiyyələr verilib.

GÜNEL

 





19.03.2013    çap et  çap et