525.Az

"Qarabağa yerləşdirilən Suriya erməniləri ilk fürsətdə qaçacaqlar"


 

"Qarabağa yerləşdirilən Suriya erməniləri ilk fürsətdə qaçacaqlar"<b style="color:red"></b> "Hazırda Dağlıq Qarabağa yerləşdirilən Suriya erməniləri ilk fürsətdə oradan qaçacaqlar. Artıq bir hissəsi qaçır".
 
APA-nın məlumatına görə, bunu "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri Bayram Səfərov söyləyib.
 
B. Səfərov deyib ki, Suriyadan gələn ermənilər öz ölkələrində kifayət qədər azad şəraitdə yaşayıblar:

"Bu gün erməni lobbisi Suriya ermənilərini Dağlıq Qarabağda yerləşdirməyə yönləndirir. Ermənistan hakimiyyəti də həmin erməniləri bölgəyə yerləşdirməyə çalışır.

Eyni zamanda təmas xəttindəki hərbi postlar boş olduğu üçün həmin ermənilərin bir hissəsinin pasportları alınır, onlar həmin postlara göndərilir.

Suriyadan gələn ermənilər uzun müddət orada qalmayacaqlar, ilk fürsətdə qaçacaqlar. Artıq qaçanlar da var. Çünki elə ağır şəraitdə, səfalətdə həmin ermənilərin orada yaşamağa razılaşacağı absurddur".
 





21.10.2016    çap et  çap et