525.Az

Nazirlik: "Partlayışda xəsarət alanlar Türkiyəyə ailələrinin istəyi ilə aparılıb"


 

Nazirlik: "Partlayışda xəsarət alanlar Türkiyəyə ailələrinin istəyi ilə aparılıb"<b style="color:red"></b> Abşeron rayonunun Hökməli qəsəbəsində fərdi yaşayış evlərindən birində baş verən partlayış nəticəsində xəsarət alan ev sahibi Müşfiq Qurbanov və həyat yoldaşı Şəbruz Novruzova Türkiyəyə göndəriliblər.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, onlar ötən gün helikopterlə Türkiyədəki xəstəxanalardan birinə aparılıblar, hər ikisinin vəziyyəti ağırdır. Onların Türkiyəyə göndərilməsini zərərçəkənlərin ailə üzvləri istəyib.
 
Respublika Yanıq Mərkəzinin direktoru Şöhrət Məmmədov APA-ya deyib ki, hər ikisinin bədən səthinin və tənəffüs yollarının 80 faizi yanıb. Onların 12 yaşlı qızı Leyla Qurbanlının vəziyyəti isə stabildir və hazırda müalicəsi davam etdirilir.
 
Qeyd edək ki, oktyabrın 22-də Abşeron rayonunun Hökməli qəsəbəsində fərdi yaşayış baş verən partlayış nəticəsində 3 yaşlı Banıçiçək Qurbanlı ölüb. Ev sahibi, 44 yaşlı Müşfiq Qurbanov, onun həyat yoldaşı, 44 yaşlı Şəbruz Novruzova və övladı 12 yaşlı Leyla Qurbanlı yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Ş. Novruzova tanınmış cərrah, M. Qurbanlı isə “Azəravtoyol” ASC-nin aparat rəhbəridir.
 





21.10.2016    çap et  çap et