525.Az

“Elm aylığı” UNEC-i elmi-tədqiqat yönümlü universitetə çevirməyə xidmət edir


 

“Elm aylığı” UNEC-i elmi-tədqiqat yönümlü universitetə çevirməyə xidmət edir<b style="color:red"></b>

“Ümumdünya Elm Günü” münasibəti ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm aylığı” çərçivəsində iqtisadiyyat üzrə Nobel mükafatçıları haqqında silsilə məruzələrin növbəti dinləmələri keçirilib.

Universitetdən 525.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan UNEC-in Elm və İnnovasiyalar Mərkəzinin direktoru Sakit Yaqubov “Elm aylığı”na aid tədbirlər planı ilə iştirakçıları tanış edib.

Bildirib ki, “Elm aylığı” UNEC-i elmi-tədqiqat yönümlü universitetə çevirməyə xidmət edir. Tədbirlər planı çərçivəsində UNEC-in professor-müəllim heyətinin, gənc tədqiqatçı, magistr və tələbələrinin elmi məqalələrinin müsabiqəsinın keçirildiyini diqqətə çatdıran S.Yaqubov onları müsabiqədə aktiv iştirak etməyə çağırıb.

UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnsitutunun (İAETİ) elmi katibi Rafail Rzayev Jan Tirolun həyatı və elmi fəaliyyəti haqqında təqdimatla çıxış edib.

Məruzəçi J.Tirolun Nobel mükafatına layiq görüldüyü “bazar hakimiyyəti və tənzimləmənin təhlili” elmi işinin əsas məqamlarından danışıb.

Qeyd edib ki, Jan Tirol antiinhisar tənzimlənməsi və işgüzar nüfuzun iqtisadiyyata təsiri nəzəriyyəsinə dair 100-dən çox əsərin müəllifidir. Təqdimatda J.Tirolla əməkdaşlıq edən dünyanın görkəmli alimlərinin onun haqqındakı fikirləri də səsləndirilib.

Tədbir müzakirələrlə davam edib.

 





21.10.2016    çap et  çap et