525.Az

"ASAN qatar" sistemi tətbiq olunacaq


 

"ASAN qatar" sistemi tətbiq olunacaq<b style="color:red"></b>

Azərbaycanda yaxın vaxtda "ASAN qatar" sisteminin tətbiqinə başlanacaq.

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov "Caspian Energy" jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, yeni sistemin ilin sonunadək tətbiqi nəzərdə tutulub:
 
"Bu məqsədlə hazırda Bakı vaqon deposunda 3 xüsusi qatar hazırlanır ki, proses ilin sonunadək başa çatacaq.

Qatarlar ardıcıl olaraq şimal, cənub, şimal-qərb, qərb və cənub-qərb istiqamətində hərəkət edərək əhaliyə xidmət göstərəcək.

İlkin mərhələdə qatarlar 3 vaqondan ibarət olacaq. Vaqonlar bütün zəruri avadanlıqlarla təmin olacaq.

Bununla yanaşı, "ASAN xidmət"in əməkdaşlarının fəaliyyəti üçün bütün lazımi şərait yaradılacaq".

 





21.10.2016    çap et  çap et