525.Az

"Erməni tərəfinin məlumatı vəziyyətin gərginləşdirilməsinə yönəlib"


 

"Erməni tərəfinin məlumatı vəziyyətin gərginləşdirilməsinə yönəlib"<b style="color:red"></b> Erməni tərəfinin guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin oktyabrın 20-də gecə saatlarında cəbhədə kəşfiyyat-diversiya fəaliyyətini həyata keçirməsi və itkilərə məruz qalması barədə yaydığı məlumat həqiqətə uyğun deyil və növbəti dəfə qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlib.
 
Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, bölmələrimiz kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirməyib və heç bir itki verməyib.
 
Hazırda bütün cəbhə xətti boyu əməliyyat şəraiti tam nəzarətimiz altındadır.
 
"Düşmənin törədə biləcəyi istənilən təxribatın qarşısının alınması məqsədilə tərəfimizdən görüləcək cavab tədbirləri daha qətiyyətli və sərt olacaq", - deyə mətbuat xidmətində qeyd ediblər.
 





21.10.2016    çap et  çap et