525.Az

ABŞ müdafiə naziri Türkiyədədir


 

ABŞ müdafiə naziri Türkiyədədir<b style="color:red"></b> ABŞ müdafiə naziri Eşton Karter bölgədə təhlükəsizlik məsələləri, Suriya və İraqdakı prosesləri müzakirə etmək üçün Türkiyədə səfərdədir.
 
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, E. Karter öncə türkiyəli həmkarı Fikri İşıqla görüşüb. 
 
ABŞ müdafiə nazirini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qəbul edib.
 
R. T. Ərdoğanla görüşdən sonra E. Karter 15 iyulda hərbi çevriliş cəhdi zamanı bombalanan Türkiyə Böyük Millət Məclisini ziyarət edib və Türkiyənin Mosul əməliyyatında iştirak etməli olduğunu bəyan edib.
 
Qonaq Türkiyənin baş naziri Binəli Yıldırımla da görüşəcək.
 





21.10.2016    çap et  çap et