525.Az

Çexiya Senatı sədrinin Bakıya səfəri gözlənilir


 

Çexiya Senatı sədrinin Bakıya səfəri gözlənilir<b style="color:red"></b> “Çexiya ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir”.
 
APA-nın məlumatına görə, bunu Çexiyanın ölkəmizdəki səfiri Vitezslav Pivonki keçirdiyi mətbuat konfransında deyib.
 
O bildirib ki, iki ölkə arasında münasibətlər bütün sahələrdə inkişaf edir: “Azərbaycan Çexiyaya neftin diversifikasiyası sahəsində dəstək verir. Biz neftin 30 faizini Azərbaycandan alırıq. Şirkətlərimiz Bakı-Tiflis-Qars dəmir yolu xətti kimi infrastruktur layihələrində fəaldır. Gələn ilin yanvarında Bakıda hökumətlərarası komissiyanın iclası planlaşdırılır”.
 
Səfir onu da bildirib ki, Çexiya Senatının sədri Milan Ştexın Azərbaycana səfəri gözlənilir.
 





21.10.2016    çap et  çap et