525.Az

Gülər Əhmədovanın vəkilindən növbəti açıqlama


 

Gülər Əhmədovanın vəkilindən növbəti açıqlama<b style="color:red"></b> “Gülər Əhmədovanın müdafiəsindən çəkilməyimlə bağlı bəzi mətbuat orqanlarında yazılanlar tamamilə əsassızdır”.

Bunu APA-ya açıqlamasında sabiq deputat Gülər Əhmədovanın vəkili Eldar
Qədimi deyib.
 
E. Qədimi bildirib ki, hazırda Gülər Əhmədova ilə münasibətləri normaldır: “Yazırlar ki, guya qonorarımı vermədiyi üçün onun müdafiəsindən çəkilirəm. Lakin belə şey yoxdur. Bizim münasibətlərimiz normaldır. Aramızda hər hansı narazılıq yoxdur. Mətbuat nümayəndələrindən xahiş edirəm ki, dəqiq olmayan məlumatlar yazıb insanları aldatmasınlar. Başa düşə bilmirəm ki, bu cür informasiyalar nəyə və kimə lazımdır”.
 
Qeyd edək ki, G. Əhmədovanın hüquqlarını E. Qədimi ilə yanaşı, vəkil Raqif Mustafayev də müdafiə edir.
 
 





20.03.2013    çap et  çap et