525.Az

Xudatda şərab sexində partlayış


 

Xudatda şərab sexində partlayış<b style="color:red"></b> Xudat şəhərində partlayış qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə bu gün “Azərşərab” MMC-nin Xudat şəhərində yerləşən şərab sexində qeydə alınıb.
 
Ümumi sahəsi 2000 kvadrat olan müəssisənin 100 kvadratmetrlik hissəsində olan partlayış nəticəsində müəssisənin bir divarı və yaxınlıqda yerləşən “Xudat” MMC-yə məxsus limonad sexinin 3 divarı uçub.
 
Hadisə nəticəsində xəsarət alan olmayıb.
 
Partlayışdan sonra əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub. Partlayışın səbəbləri araşdırılır.
 





21.10.2016    çap et  çap et