525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> 1919–cu il. Böyük yazıçı və dramaturq Hüseyn Cavidin oğlu, bəstəkar Ərtoğrul Cavidin doğum günü (1919-1943).

O, Üzeyir Hacıbəylinin rəhbərliyi və tövsiyəsi ilə Azərbaycan dastanlarını, folklor nümunələrini toplayıb, ilk dəfə aşıq musiqisini nota köçürüb.

Ə.Cavid skripka ilə fortepiano üçün piyes, romans və mahnılar bəstələyib.
 
Böyük Vətən müharibəsi başlayarkən “Sərhəddən məktub” simfonik balladası və marşlar yazıb.

Vaxtsız ölüm “Şeyx Sənan”, “Məhsəti” operaları, bir sıra kamera və instrumental əsərlərini tamamlamağa imkan verməyib.

1688-ci il. Xorasanda anadan olan türk əsilli Nadir şah Əfşarın doğum günü (1688-1747).

III Şah Abbasın ordu komandanı olan Nadir 1736-cı ildə şahın qəfil ölümündən sonra Suqovuşanda (indiki Sabirabad rayonu) Azərbaycan bəylərinin qurultayını çağıraraq özünü şah elan edib. 1747-ci il iyunun 19-da sui-qəsd nəticəsində öldürülüb.

Nadir şahın 11 illik hakimiyyəti dövründə indiki İranı, Azərbaycanı, Orta Asiyanın bir hissəsini, Hindistanın şimalını əhatə edən böyük imperatorluq onun ölümündən sonra dağılıb.
 
1870-ci il. Tanınmış rus yazıçısı, şair, tərcüməçi, Peterburq Elmlər Akademiyasının fəxri akademiki İvan Bunin anadan olub (1870-1953).

O, ədəbiyyat üzrə Nobel mükafatı alan ilk rus yazıçısıdır (1933).

Buninin rus kəndinin vəziyyətini təsvir edən “Anton almaları", "Şamlar", "Kənd", "Quraqlıq" və digər əsərləri bu gün də maraqla oxunur. 

Oktyabr inqilabını qəbul еtməyən yazıçı 1920-ci ilədək Ağ ordunun nəzarətindəki Odеssa şəhərində yaşayıb.

Bundan sonra isə vətəndaş nikahında olduğu Vеra Muromtsеva ilə birlikdə Fransaya mühacirət еdib.
 





22.10.2016    çap et  çap et