525.Az

Sabirabadda 3 avtomobil toqquşdu: 2 ölü, 4 yaralı


 

Sabirabadda 3 avtomobil toqquşdu: <b style="color:red">2 ölü, 4 yaralı</b> Sabirabad rayonunda baş verən zəncirvari qəzada 3 avtomobil toqquşub, iki nəfər ölüb,  dörd nəfər yaralanıb. 
 
Baş Dövlət Yol Polisinin (BDYP)   istintaq idarəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə yolunun 40-cı kilometrliyində Sabirabad rayonunu ərazisində baş verib.
  
Belə ki, Hacıqabul isdiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil və eyni isdiqamətdə hərəkətdə olan, Sabirabad rayon Yasdıqobu kənd sakini Ağahüseyin Kazımovun idarə etdiyi  “VAZ- 21011” markalı avtomaşınla, qarşıdan gələn Sumqayıt  şəhər sakini, 1973-cü il təvəllüdlü Rafiq Əliyevin idarə etdiyi “VAZ-21015” markalı avtomobil toqquşub.
 
 Qəza nəticəsində “VAZ 21011” markalı avtomobilin surücüsü, Sabirabad rayonu Yasdıqobu kənd sakini Ağahüseyn Kazımov və “VAZ 21015” markalı avtomaşında  olan sərnişin, 1971-ci il təvəllüdlü Mədət Qəzənfər oğlu Əliyev hadisə yerində ölüb. “VAZ 21015” markalı avtomobilin sürücüsü Rafiq Əliyev, sərnişinləri- 1962-ci il təvəllüdlü Afiq Əliyev, 1949-cu il təvəllüdlü Rövşən Əliyev və 1960-cı il təvəllüdlü Fərhad Qurbanov ağır bədən xəsarətləri ilə Sabirabad mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər.
 
 Faktla bağlı BDYP-nin istintaq idarəsi  tərəfindən araşdırma aparılır.
 





22.03.2013    çap et  çap et