525.Az

İsrail Türkiyədən üzr istədi


 

İsrail Türkiyədən üzr istədi<b style="color:red"></b>

İsrailin baş naziri Binyamin Netanyahu Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğandan 2010-cu ildə "Azadlıq gəmisi"ndə baş vermiş olaya görə üzr istəyib.

ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu ABŞ diplomatlarından biri deyib.

R. Ərdoğan üzrxahlığı qəbul edib və əməkdaşlıq münasibətlərinin qurulması üçün razılıq verib.

Qeyd edək ki, bu gün İsrailin və Türkiyənin baş nazirləri arasında telefon danışığı da olub. Bu danışıq isə ABŞ prezidenti Barak Obamanın İsrailə səfəri çərçivəsində baş tutub.

 





23.03.2013    çap et  çap et