525.Az

Aktauda Azərbaycan turizminə həsr olunmuş tədbir


 

RƏSMİ QƏBULDA ÖLKƏMİZİN TURİZM BÖLGƏLƏRİ VƏ MƏKANLARININ TƏQDİMATI KEÇİRİLİB

Aktauda Azərbaycan turizminə həsr olunmuş tədbir <b style="color:red"></b>

Azərbaycanın Qazaxıstanın Aktaudakı Baş konsulluğu Azərbaycanın turizm potensialına həsr olunan rəsmi qəbul keçirilib.

Baş konsulluqdan verilən məlumata görə, tədbirdə Manqistau vilayət akimliyinin (qubernatorluğunun) rəsmiləri, xarici ölkələrin Aktauda akkreditə olunmuş baş konsulları, şəhər ictimaiyyətinin nümayəndələri, Manqistauda fəaliyyət göstərən xarici şirkətlərin rəhbərləri, diaspor üzvləri, digər xalqların milli-mədəni cəmiyyətlərinin üzvləri və kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər. Rəsmi tədbirdə əvvəlcə Azərbaycanın turizm potensialı, ölkəmizin təbiəti, tarixi yerləri və adət-ənənələrinə dair video roliklər nümayiş etdirilərək

Baş konsul Elxan Zeynalov çıxış edərək, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, ölkəmizin dövlət müstəqilliyinin bərpası tarixindən danışıb. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət nəticəsində ölkəmizin müstəqilliyinin möhkəmlənməsindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində ölkəmizin qazandığı nailiyyətlərdən söz açıb.

E.Zeynalov həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması istiqamətində Azərbaycan dövlətinin atdığı addımlar və rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyi haqqında məlumat verib.

Azərbaycanın turizm potensialına da toxunan baş konsul, son illərdə Azərbaycan hökuməti tərəfindən bu sahənin inkişafı üçün atılan addımlardan danışıb.

Manqistau vilayət akiminin müavini Raximbek Marşaloviç Amirjanov çıxış edərək, Azərbaycan və Qazaxıstan arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu, hazırda bu əlaqələrin Azərbaycan və Qazaxıstanın dövlət başçıları tərəfindən uğurla davam etdirildiyinı qeyd edib. O, ölkəmizin qədim tarixə malik olduğunu bildirərək, Manqistau vilayəti ilə ölkəmiz arasında iqtisadi əlaqələr, vilayətdə Azərbaycan şirkətlərinin fəaliyyəti haqqında məlumat verib.

Daha sonra Baş konsulluğun təşəbbüsü və dəstəyi ilə yaradılan və bilavasitə Qazaxıstandan Azərbaycana turistlərin cəlb edilməsi ilə məşğul olan turizm şirkəti tərəfindən Azərbaycanın turizm bölgələrinin və məkanlarının təqdimatı keçirilib. Təqdimatlarda Bakı, Naxçıvan, Qəbələ və digər bölgələrinin turizm potensialı, İçəri şəhər, Şahdağ və Tufandağ dağ xizəyi turizmi, Naftalan və Duzdağ müalicəvi turizm məkanları haqqında geniş məlumatlar tədbir iştirakçılarına çatdırılıb.

Qeyd edək ki, tədbir keçirilən zalda Bakının görməli məkanlarının foto şəkillərındən ibarət stend və Azərbaycanın turizminə aid kitab və jurnalların sərgisi təşkil olunub.

Ceyhun ABASOV

 





24.10.2016    çap et  çap et