525.Az

“Ermənistan rəhbərliyi rəsmi şəkildə üzr istəməlidir” - Foto


 

AZƏRBAYCAN ALİMİ TİFLİSDƏ KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSDA QAFQAZ BİRLİYİ İDEYASINDAN BƏHS EDİB

“Ermənistan rəhbərliyi rəsmi şəkildə üzr istəməlidir” - <b style="color:red">Foto</b>

21-22 oktyabr 2016-ci il tarixlərində Gürcüstanın paytaxtı Tiflis şəhərində Tiflis Dövlət Universtetinin Sosial və siyasi elmlər fakülətəsiylə “The Institute for Georgia’s Neighborhood Studies”in (İGNS) təşkilatçılığıyla “Qafqaz Ətrafında Siyasət” mövzusunda II Beynəlxalq elmi konfrans keçirilib.

Gürcüstan, Türkiyə, Polşa, Ermənistan və başqa ölkələrin onlarla alimlərinin, tədqiqatçılarının qatıldığı beynəlxalq elmi konfransda Azərbaycanı AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi Faiq Ələkbərov (Qəzənfəroğlu) təmsil edib.

Beynəlxalq elmi konfransı TDU-nin professoru, İGNS-in direktoru Revaz Gachechiladze açaraq onun Qafqaz xalqlarının həyatında oynaya biləcəyi müsbət təsirindən bəhs edib.

Gürcüstan aliminin fikrincə, Qafqaz ətrafındakı siyasi məsələləri elmi şəkildə, danışıqlar masası ətrafında həll etmək vacibdir.

Dosent Tamara Dolbia söz alaraq konfrans iştirakçılarına öz işində uğurlar diləyib.

F.Ələkbərov isə beynəlxalq elmi konfransda “Qafqaz birliyi ideyasına tarixi-fəlsəfi baxış: reallıqlar və utopiya” mövzusunda çıxış edib.

Bildirib ki, Şimali Azərbaycan türkləri müstəqil dövlətin, yəni qacarların bir hissəsindən qoparlaraq, gürcülər yarımmüstəqil şəklində çar Rusiyasının işğalçılığına məruz qaldıqları halda, ermənilər-haylar ya da “gəlmə” ermənilər isə heç bir statusu olmadan çar Rusiyasının təbəəliyinə keçiblər.

Çar Rusiyası yalnız işğal etdiyi Cənubi Qafqazın bir hissəsində, yəni  müsəlman-türk torpaqları İrəvan və Naxçıvanın ərazisində “gəlmə” ermənilərin hesabına qondarma “Erməni vilayəti” yaradıb ki, onun da ömürü uzun olmayıb.

Azərbaycanlı alim məruzəsində onu da qeyd edib ki, XX əsrdə Qafqaz birliyi ya da qafqazçılıq ideyasının gerçəkləşməsi iki dəfə baş verib. Ancaq onlardan biri könüllük şəkildə baş veribsəsə, ikinci halda Sovet Rusiyasının istəyilə baş tutub:

“Qafqaz xalqlarının vahid dövlət ətrafında birləşməsi ilk dəfə çar Rusiyasının faktiki olaraq süqutundan sonra üç xalqın təmsilçiliyilə Cənubi Qafqazın idarəçiliyi üçün, Tiflisdə ortaq bir dövlət qurumunun yaranmasıyla gerçəkləşib. 1918-ci ilin fevralın əvvəllərində Tiflisdə, Cənubi Qafqazdan Ümumrusiya Müəssisələr Məclisinə seçilmiş deputatların yığıncağında Zaqafqaziyanın ali hakimiyyəti orqanı olan Zaqafqaziya Seymi açılıb və bu bölgədə əsas güc mərkəzinə çevrilib. Ancaq daxili ziddiyyətlər Zaqafqaziya Federativ Demokratik Respublikasının dağılmasına səbəb olub. Çox maraqlıdır ki, Sovetlər Birliyi ya da Sovet Sosialist Respublikalar İttifaqı (SSRİ) dövründə də Zaqafqaziya Federasiyası yaradılmışdı. Ancaq budəfəki birlik Sovet Rusiyasının diktəsi altında məcburi olaraq gerçəkləşdirilib”.

Alim qeyd edib ki, Sovetlər Birliyi qurulduqdan sonra Şimali Azərbaycanı tərk edib mühacirət həyatı yaşayan mütəfəkkirlər arasında da ən geniş yayılmış ideyalardan biri Qafqazçılıq olub. Belə ki, həmin dövrdə Qafqazçılığın əsas ideoloqlarından olan Məhəmməd Əmin Rə­sul­zadə Azərbaycan xalqının artıq müstəqil Qafqaz Konfederasiyası siyasi birliyindən qıraqda qurtuluş olmadığını müdafiə edib.

Qafqaz birliyi ideyasının gerçəkləşməsinə əvvəllər olduğu kimi, hazırda da əsas əngəl olan Ermənistan və ermənilərdir.

F.Ələkbərovun fikrincə, ermənilər Rusiyanın və digər xarici qüvvələrin təhrikiylə Azərbaycan xalqını tarixi düşmən obrazında görməkdən əl çəkərək Azərbaycan torpaqlarından işğalçı hərbi qüvvələrini dərhal geri çəkməlidirlər:

“Ermənistan rəhbərliyi bu günə qədər superdövlətlərin, o cümlədən, Rusiyanın oyununa gətirilərək  azərbaycanlılara qarşı etdiklərinə görə, yəni 1918-ci il mart soyqırımı, 1992-ci il 26 fevral Xocalı soyqırımlarına görə rəsmi şəkildə üzr istəməlidir.

Başqa sözlə, Qafqaz birliyi ideyasının gerçəkləşməsi üçün, ilk növbədə Ermənistan rəhbərliyi, Ermənistan millətçiləri Azərbaycana və Gürcüstana olan ərazi iddialarından, mədəniyyət abidələri iddialarından əl çəkməlidir. Əgər ermənilər bu iddialarına davam edəcəksə o zaman Azərbaycan və Gürcüstan xalqları da eyni iddiaları Ermənistana qarşı irəli sürəcəklər. Bu isə Qafqaz Birliyi ideyasının nəinkli gerçəkləşməsi ümidini, eyni zamanda ideyanın özünün birdəfəlik aradan qaldırılmasına səbəb olacaq”

Faiq Ələkbərov deyib ki, Ermənistan rəhbərliyinin və onun millətçi dairələrinin bu iddialardan əl çəkməsi üçün, ilk növbədə Rusiyanın və digər super dövlətlərin oyuncağı olmaqdan qurtulması da lazımdır:
 
“Əks təqdirdə xarici qüvvələrin diktəsiylə oturub-duran bir dövlət müstəqil qərar verə bilməyəcək, bunun nəticəsi olaraq da qonşu dövlətlərlə nəinki hər hansı konfederativ dövlətdə birləşə biləcək, üstəlik daima düşmənçilik münasibətində olacaq”.

 





24.10.2016    çap et  çap et