525.Az

Bakıda matros həlak olub


 

Bakıda matros həlak olub<b style="color:red"></b>

Azərbaycan Ordusu hərbçisini itirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, martın 24-də saat 21.25-də Hərbi Dəniz Qüvvələrinin Bakıda yerləşən N saylı hərbi hissəsinin matrosu Məmmədov Ruslan Tahir oğlunun tabeliyində olan avtomat silahdan açılan atəş matros Hümbətov Əhməd Binnət oğlunun qarın nahiyəsinə dəyib.
 
Matros Hümbətov aldığı güllə yarasından həlak olub.
 
Hadisə ilə əlaqədar araşdırma aparılır.

 





25.03.2013    çap et  çap et