525.Az

Lerikdə 50-dək yaşayış məntəqəsi işıqsız qaldı


 

Lerikdə 50-dək yaşayış məntəqəsi işıqsız qaldı<b style="color:red"></b> Lerik rayonunda qeyri-sabit hava şəraiti davam edir.
 
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, qarın qalınlığı rayon mərkəzində 20-25, ucqar yaşayış məntəqələrində isə 40-50 sm təşkil edir.
 
Qarın ağırlığından bəzi yerlərdə elektrik xətləri qırılıb, nəticədə rayonun 50-dək yaşayış məntəqəsi işıqsız qalıb. Kəndlərarası yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşsa da, Lənkəran-Lerik şosesi açıqdır.
 
Rayonun müvafiq qurumları fəsadların aradan qaldırılmasına cəlb olunub.
 





26.10.2016    çap et  çap et