525.Az

Azərbaycan alimləri beynəlxalq simpoziumda


 

Azərbaycan alimləri beynəlxalq simpoziumda<b style="color:red"></b>

Oktyabrın 19-21-də Türkiyənin Elazığ şəhərindəki Fırat Universitetində "Türk Basın (Mətbuat) Tarixi Uluslararası Simpoziumu" keçirilib.
 

Simpoziumu T.C. Başbakanlık Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun Atatürk Araşdırma Mərkəzi, Elazığ Valiliyi, Elazığ Bələdiyyəsi və Fırat Universiteti rektorluğu təşkil edib. Yüksək səviyyədə gerçəkləşdirilmiş bu nüfuzlu Beynəlxalq elmi məclisə qatılmaq üçün dünyanın bir çox ölkəsindən 280-dən artıq alim öz məruzələrinin xülasəsini göndərsə də, yalnız 5 ölkədən 71 nəfərin işi bəyənilib. Sevindiricidir ki, onların içərisində Azərbaycan alimləri də var.

Ölkəmizi Beynəlxalq simpoziumda Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə, AMEA Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi" şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli, Bakı Dövlət Universitetinin gənc araşdırmaçılarından Murad Əsədov təmsil ediblər.

Onların hər üçünün məruzəsi diqqəti cəlb edib. Bölüm başqanları və Simpozium iştirakçıları Ə.Tahirzadənin "XX yüzilin başlarında Osmanlı mühərrirlərinin Azərbaycan mətbuatının inkişafında rolu", D.Əzimlinin "Azərbaycan mətbuatı 1918-1920-ci illərdə", M.Əsədovun "Türkiyə və Gürcüstan mətbuatında Bakı-Tiflis-Qars dəmiryolu layihəsi" adlı məruzələrini yüksək elmi səviyyəli araşdırmalar kimi dəyərləndiriblər.

 





27.10.2016    çap et  çap et