525.Az

Bakı Apellyasiya Məhkəməsi prokurorun protestini təmin etmədi


 

Bakı Apellyasiya Məhkəməsi prokurorun protestini təmin etmədi<b style="color:red"></b> Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Samir Eynalovun barəsində olan hökmdən dövlət ittihamçısının verdiyi apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi nümayəndəsinin verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
 
APA-nın məlumatına görə, məhkəmə hökmü dəyişməyib. Protest və şikayət təmin edilməyib.
 
Qeyd edək ki, Samir Eynalov 2014-cü ilin avqustunda Binəqədi rayonunun, Sulutəpə qəsəbəsində yaşayan Nizami Nuriyevi öldürüb. S. Eynalov qətli şəxsi münaqişə zəminində törətdiyini deyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Eynalov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmdən narazı qalan dövlət ittihamçısı və zərərçəkən şəxsin hüquqi varisi apellyasiya şikayəti veriblər. Onlar cəzanın ağırlaşdırılmasını istəyiblər.
 





28.10.2016    çap et  çap et