525.Az

"Gürcüstanla Azərbaycanın maraqları üst-üstə düşür"


 

"Gürcüstanla Azərbaycanın maraqları üst-üstə düşür"<b style="color:red"></b>

Bu gün Gürcüstanda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bu ölkənin baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Dmitri Kumsişvili ilə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə çıxış edən D. Kumsişvili bildirib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır:

"Bizim istiqamətlərimiz əlaqəlidir. Azərbaycan bizim strateji tərəfdaşımızdır. Bizim iqtisadi maraqlarımız üst-üstə düşür".
 
Ş. Mustafayev isə bildirib ki, Azərbaycan və Gürcüstan beynəlxalq aləmdə hər zaman bir-birini dəstəkləyib. "Biz regional layihələrdə birgə iştirak edirik və ölkələrimizin iqtisadi inkişafına nail olmağa çalışırıq", - deyə nazir qeyd edib.
 
Bunun ardınca görüş jurnalistlər üçün qapalı şəraitdə keçirilib.

 





28.10.2016    çap et  çap et