525.Az

İki yaşlı uşağın əməliyyat zamanı ölməsi ilə bağlı cinayət işi


 

İki yaşlı uşağın əməliyyat zamanı ölməsi ilə bağlı cinayət işi<b style="color:red"></b> Oktyabrın 26-da Biləsuvar rayon sakini, 2014-cü il təvəllüdlü Məhəmmədəli Həsənovun “Oksigen” klinikasında cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi barədə Nərimanov Rayon Prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.
 
Bakı Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, toplanmış materialda ehtiyatsızlıqdan adam öldürmə cinayətinin əlamətləri mövcud olduğundan fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.
 
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
 





28.10.2016    çap et  çap et