525.Az

Lerikdə uçqun baş verən yol təmizlənir


 

Lerikdə uçqun baş verən yol təmizlənir<b style="color:red"></b>

Bu gün səhər saatlarında Lerik rayonu, Lerik-Kəlvəz-Göydərə avtomobil yolunun 8-ci km-də dağ uçqunu baş verib. Nəticədə yolun hərəkət hissəsinə iri qaya parçaları tökülərək hərəkətin məhdudlaşmasına səbəb olub.
 
"Azəravtoyol" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, dərhal əraziyə dövlət şirkətinin ağır texnikası və canlı qüvvəsi cəlb olunub.
 
Qısa müddət ərzində yolda hərəkətin bərpa edilməsi istiqamətinə addımlar atılır. Yolun bir hissəsindən qaya parçaları təmizlənərək hərəkət bərpa olunub.

Hazırda digər hissəsinin təmizlənməsi istiqamətində addımlar atılır.

 





28.10.2016    çap et  çap et