525.Az

İdman mərc oyunlarından əldə olunan uduşlar vergidən azad edilir


 

İdman mərc oyunlarından əldə olunan uduşlar vergidən azad edilir<b style="color:red"></b>

Azərbaycanın Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunaraq təsdiqlənib.

"Report"un verdiyi xəbərə görə, Vergi Məcəlləsində dəyişiklik idman mərc oyunlarından əldə olunan uduşların vergidən azad olunmasını nəzərdə tutur.

Qeyd edək ki, hazırda idman mərc oyunlarından əldə edilən uduşdan 10% dərəcəsi ilə vergi tutulur.

 





28.10.2016    çap et  çap et