525.Az

Neymar Messiyə görə “Barselona”da qalıb


 

Neymar Messiyə görə “Barselona”da qalıb<b style="color:red"></b>

“Barselona”nın futbolçusu Neymarın atası oğlunun PSJ-dən gələn sərfəli təklif rədd edərək Kataloniya klubu ilə yeni müqavilə imzalamasından danışıb.

Qol.az-ın məlumatına görə, o, İspaniya mətbuatına açıqlamasında oğlunun Messiyə görə “Barselona”da qaldığını deyib:

“Messi Neymarın idealıdır. Əsas buna görə oğlum “Barselona”da qaldı. O, Messi ilə oynamaqdan zövq alır”.

Qeyd edək ki, 2013-cü ildə “Santos”da transfer olunan braziliyalı hücumçu “Barsa”da 2 dəfə La Liqa çempionluğunu, 2 dəfə Kral kubokunu və 1 dəfə Çempionlar Liqasını qazanıb.

 





28.10.2016    çap et  çap et