525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> 1994-cü il. BMT-nin baş katibi Butros Butros Qali Azərbaycan prezidenti Heydər Əliyevin dəvəti ilə Bakıya səfər edib.

Səfər çərçivəsində baş katib prezidentlə danışıqlar aparıb, Milli Məclisdə çıxış edib, məcburi köçkünlərlə görüşüb.
 
1923-cü il. Türkiyə Cümhuriyyəti elan edilib və Mustafa Kamal Atatürk (1881-1938) ölkənin ilk prezidenti seçilib.

1993-cü il. Ermənistan silahlı qüvvələri Zəngilan rayonunu, habelə Cəbrayıl və Füzuli rayonlarının Arazboyu yaşayış məntəqələrini işğal edib.

Zəngilanın 707 kvadratkilometrlik ərazisi (rayon mərkəzi və 93 yaşayış məntəqəsi) erməni qüvvələrinin əlinə keçib, 35 min əhali didərgin düşüb.

Erməni təcavüzü zamanı rayonun 200-dək sakini şəhid olub.

1998-ci il. Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan və Gürcüstan prezidentləri Bakı-Tbilisi-Ceyhan əsas neft kəməri haqqında Ankara bəyannaməsini imzalayıblar.
 





29.10.2016    çap et  çap et