525.Az

Mourinyo: "Runi heç yerə getmir"


 

Mourinyo: "Runi heç yerə getmir"<b style="color:red"></b>

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo futbolçusu Ueyn Runinin komandadan ayrılacağı iddialarına münasibət bildirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, ingilis hücumçunun "MY"da qalacağını deyib:

"Runinin 31 yaşı var. Onun neçə yaşına qədər futbol oynayacağını dəqiq bilmirəm. Fikrincə, azı 35 yaşına kimi yaşıl meydanlarda olacaq. Yaxşı futbolçu olduğunu bir daha söyləməyimə ehtiyac yoxdur. O, bizim üçün önəmli oyunçudur. Runi heç yerə getmir".

 





29.10.2016    çap et  çap et