525.Az

“Türkologiya”nın növbəti buraxılışı


 

“Türkologiya”nın növbəti buraxılışı<b style="color:red"></b>

Bu yaxınlarda “Türkologiya” beynəlxalq elmi jurnalının yeni sayı işıq üzü görüb.
 
“Türkoloji irs” bölümündə A. N. Kononovun “V. V. Radlov və milli türkologiya” yazısı verilib.

Elizabetta Raqaqninin “Azərbaycan dilində monqol alınma sözləri: areal baxış” yazısı “Dilçilik” bölməsində yer alıb.

“Fəlsəfə və tarix” bölməsində Qaliya Kurmanqaliyevanın “Əl-Fərabi fəlsəfəsi mədəniyyət dialoqunun fenomeni kimi” yazısı təqdim edilib.

Oleq Rüstəmovun “XVII- XVIII əsrlərə aid şəriət məhkəmələrinin məhkəmə reysterinin materiallarında Krım xanlığı əhalisinin zümrə titullarının, rütbələrinin eyniləşdirməsində linqvistik elementlər” məqaləsi “Yazılı abidələr” rubrikasında dərc olunub.

Buludxan Xəlilov “Birinci Türkoloji Qurultayın  iştirakçıları: Qırğız türkoloqu Qasım Tınıstanov” məqaləsində alimin qurultayda çıxışından, elmi fəaliyyətindən, türkoloji düşüncədə oynadığı roldan bəhs edib.

“Henrix Fridrix Fon Dits və Kitabi-Dədə Qorqud - 200” rubrikasında Osman Fikri Sərtqaya “Kitabi-Dədə Qorqudun Vatikan nüsxəsində latınca, ərəbcə, farsca, türkcə mətndənkənar qeydlər”dən danışıb.

Əhməd Bican Ercilasun “Türkoloji mərkəzlər” rubrikasında “Sibir və Qafqazda türkoloji araşdırmalar” mövzusuna diqqət çəkib.

“Resenziyalar” bölməsində Aleksandr Nesterovun “E. Çingizoğlu, M. Qacar, Qacar dövrünün (1794-1925) diplomatları” və Elçin İbrahimovun “Cengiz Alyılmaz. Qobustanın sirri (Qıpçaqlara gedən yol)” yazıları verilib.

Jurnalın bu sayında 2016-cı ildə Azərbaycan və müxtəlif ölkələrdə keçirilmiş konfrans, forum və simpoziumlar haqda məlumat da verilib. Bölməni Elçin İbrahimov və Könül Mirzəyeva hazırlayıb.

“Personalia” bölümündə Ramiz Əskərin “Abdulla Tukay - 130”, Q. F. Blaqova, A. V. Dıbo və İ. V. Kormuşinin “Ninel Hacıyeva - 90”, Kamal Abdulla və Erben Kajıbekin “Oljas Süleymenov - 80”,  İlham Tahirov və Aydın Ələkbərovun “Əbülfəz Rəcəbli - 80”, Möhsün Nağısoylu və Kamilə Vəliyevanın “Məsud Mahmudov - 65” adlı yazıları dərc olunub.

 





31.10.2016    çap et  çap et