525.Az

Pirallahıda tikiləcək əczaçılıq zavodunun dəyəri açıqlandı


 

Pirallahıda tikiləcək əczaçılıq zavodunun dəyəri açıqlandı<b style="color:red"></b>

Rusiyaya şirkəti Azərbaycanda əczaçılıq məhsullarının istehsalı zavodu inşa edəcək.
 
"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən VII Azərbaycan-Rusiya regionlararası forumunda deyib.

"Noyabrın 2-də isə Pirallahı Sənaye Parkında Azərbaycan İnvestisiya Şirkətinin  və Rusiyanın "R-Farm" şirkətinin iştirakı ilə investisiya dəyəri 74 milyon dollar olan əczaçılıq məhsullarının istehsalı zavodunun təməli qoyulacaq", - deyə nazir vurğulayıb.
 
Xatırladaq ki, yeni yaradılmış Pirallahı Sənaye Parkında ilkin mərhələdə 100-dən çox əczaçılıq məhsullarının istehsalı nəzərdə tutulur.

 





01.11.2016    çap et  çap et