525.Az

“Barselona”-“Real” matçının vaxtı bəlli oldu


 

“Barselona”-“Real” matçının vaxtı bəlli oldu<b style="color:red"></b> Bütün dünyanın maraqla gözlədiyi “Barselona”-“Real” matçının başlama vaxtı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, İspaniya Futbol Federasiyası “El Klasiko”nun saatını açıqlayıb.
 
Dekabrın 3-də XIV tur çərçivəsində “Nou Kamp” stadionunda baş tutacaq oyunun start fiti Bakı vaxtı ilə saat 19:15-də veriləcək.
 
Qeyd edək ki, La Liqada 10 turdan sonra “Real” 24 xalla birinci, “Barselona” isə 22 xalla ikinci pillədə qərarlaşıb.
 





01.11.2016    çap et  çap et