525.Az

"Dağıstanda elə məhsullar istehsal olunur ki..."


 

"Dağıstanda elə məhsullar istehsal olunur ki..."<b style="color:red"></b> Dağıstanla Azərbaycan arasında kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı Nəqliyyat Loqistika Mərkəzinin yaradılmasına dair bir sıra sənədlər hazırlanıb.
 
APA-nın məlumatına görə, bunu Rusiyanın Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov deyib.
 
“Dağıstanda elə məhsullar istehsal olunur ki, Azərbaycan onları başqa ölkələrdən 3 dəfə baha alır. Ona görə də əməkdaşlıq üçün perspektivlər böyükdür. Əməkdaşlığımız dövlətlərarası səviyyədə yaxşı inkişaf edir. Lakin regionlararası səviyyədə hələlik zəif işləyirik. Hər iki ölkədən regional nümayəndəliklərin sayı artmalıdır", - deyə o vurğulayıb.
 
Dağıstan rəhbəri turizmin də zəif inkişaf etdiyini qeyd edib: “Biz regionlararası turizm potensialından demək olar ki, istifadə etmirik. Turistlərin səfərləri və hava rabitəsi üzərində işləyirik. Sadəcə aviaşirkətlər ilk aydan gəlir əldə etmək istəyir".
 





01.11.2016    çap et  çap et