525.Az

Şenol Günəş: "Qrupdan çıxmaq şansımız davam edir"


 

Şenol Günəş: "Qrupdan çıxmaq şansımız davam edir"<b style="color:red"></b>

"Qrupdan çıxmaq şansımız davam edir. Qələbə qazansaydıq, şansımız daha çox olacaqdı. Birinci qolu rəqib də vura bilərdi. Ancaq hesabı açdıqdan sonra qol buraxacağımızı gözləmirdik".

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş Çempionlar Liqasının qrup mərhələsində "Napoli" ilə oyundan (1:1) sonra deyib.

O, favorit rəqiblə oyunda 4 xal qazandıqlarını bildirib:

"Doğma meydanda məğlub edə biləcəyimiz "Dinamo" ilə oyunda 2 xal itirdik. "Benfika"ya da qalib gələ bilərdik. Çempionlar Liqasında təcrübəsiz olmağımıza baxmayaraq  futbolçularımın oyunundan məmnunam. Qalan iki matçda nələrin olacağını bilmirəm".

 





02.11.2016    çap et  çap et