525.Az

Faktiki hava şəraiti açıqlandı


 

Faktiki hava şəraiti açıqlandı<b style="color:red"></b> Noyabrın 1-i gündüzdən 2-si səhərədək ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb.
 
Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında və Naxçıvan MR-da 1-11, Böyük Qafqazda 1-15, Qazax-Gəncə zonasında 2-29, Mərkəzi-Aran rayonlarında 2-13, Kiçik Qafqazda 28-44, Bakıda və Abşeron yarımadasında 1-9 mm olub.
 
Qar örtüyünün hündürlüyü Kirəndə (Tovuz) 55, Qaraqollarda (Daşkəsən) 52, Alaxançallıda (Daşkəsən) 30, Gədəbəydə 42, Qalakənd (Gədəbəy), Daşkəsəndə 40, Sarıbaşda 30, Zəyəmçayda (Tovuz) 17, Xınalıqda 14, Göygöldə 8, Çaykənddə 2, Qubanın dağlıq ərazilərində: Ləzədə 20, Xınalıqda 18, Altıağacda 4, Xaltanda 2, Qonaqkənd, Nohurdüz, Susayda 6, Rükdə 8 sm təşkil edib.
 
Şimal-qərb küləyi əsib, ayrı-ayrı rayonlarda arabir güclənib.

Cavid QƏDİR
 





02.11.2016    çap et  çap et