525.Az

Gəncədə yazıçılarla görüş keçiriləcək


 

Gəncədə yazıçılarla görüş keçiriləcək<b style="color:red"></b>

Noyabrın 5-də Gəncədəki Kitabevim.az kitab mağazasında Bakıda yaşayıb fəaliyyət göstərən yazıçılarla görüş təşkil olunacaq.

“Hədəf Nəşrləri”dən 525.az-a verilən məlumata görə, görüş çərçivəsində yazıçılar İlqar Fəhmi, Şəmil Sadiq, Müşfiq XAN və Varis Yolçiyevin İmza günü keçiriləcək.

Tədbirdə Müşfiq XANın yeni işıq üzü görən “Yalnızlığın bal ayı” adlı psixoloji-məhəbbət romanının da təqdimatı olacaq.

Sonda müəlliflər kitablarını imzaları ilə oxuculara təqdim edəcəklər.

 





01.11.2016    çap et  çap et