525.Az

Hərbi xidmətə hazırlıqla bağlı yeni layihə


 

TƏRXİS OLUNMUŞ HƏRBÇİLƏRİN GƏNCLƏRİ MAARİFLƏNDİRMƏ İCTİMAİ BİRLİYİ GƏNC ÇAĞIRIŞÇILARIN SAĞLAMLIĞININ QORUNMASI İLƏ BAĞLI MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİ APARACAQ

Hərbi xidmətə hazırlıqla bağlı yeni layihə <b style="color:red"></b>

Gənclər Fondunun 9-cu qrant müsabiqəsi çərçivəsində Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi yeni layihəyə start verib.

Təşkilatın İnformasiya Mərkəzindən bildirilib ki, gənclərin hərbi çağırış yaşına çatana qədər düzgün mənəvi tərbiyə edilməsilə yanaşı, sağlam olmaları üçün fiziki hazırlıqlarına diqqət yetirilməlidir:

“Nəzərə alsaq ki, hazırda müharibə şəraitində yaşayırıq. Ona görə də, Silahlı Qüvvələrimizin fiziki cəhətdən sağlam, mənəvi-psixoloji durumu yüksək olan hərbi qulluqçulara daim ehtiyacı var. Bu səbəbdən ordu sıralarına gələn gənclərin tibbi cəhətdən sağlam, mənəvi-psixoloji və fiziki cəhətdən möhkəm, o cümlədən, hərbi xidmətin çətinliklərinə dözümlü olmaları vacibdir.

Bütün bunlar nəzərə alınaraq “Gənc çağırışçıların sağlamlığının qorunması ilə bağlı maarifləndirmə işlərinin aparılması” adlı layihə çərçivəsində gənclərə hərbi xidmət keçməzdən əvvəl düzgün tibbi müayinə olunmanın və onlarda xəstəliklərin vaxtında aşkarlanaraq xidmət müddəti başa çatana qədər aradan qaldırılmasının nə dərəcədə əhəmiyyətli olması çatdırılacaq”.

Həmçinin qeyd olunub ki, valideynlərlə keçiriləcək görüşlərdə gənclərin bədənlərinin müxtəlif yerlərinə vurulan döymələrin həm sağlamlıq, həm də gələcəkdə hərbi xidmətkeçmə zamanı yarada biləcəyi fəsadlar xüsusi olaraq vurğulanacaq.

Ceyhun ABASOV

 





02.11.2016    çap et  çap et