525.Az

ADPU-da Mətanət Ulu Şirvanlı ilə görüş


 

ADPU-da Mətanət Ulu Şirvanlı ilə görüş <b style="color:red"></b>

Noyabr ayının 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ulu Şirvan” qəzetinin təsisçisi və baş redaktoru, yazıçı-publisist Mətanət Ulu Şirvanlı ilə görüş keçirilib.

Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov görüşü giriş sözü ilə açaraq bildirib ki, tələbələrin şair və yazıçılarla görüşlərinin keçirilməsi olduqca vacibdir. Çünki belə görüşlərin keçirilməsi tələbə-gənclərin bədii ədəbiyyata marağının artmasına, daxili mənəvi dünyalarının zənginləşməsinə, mütaliə mədəniyyətinin yüksəlməsinə, dünyagörüşlərinin əhatəli olmasına müsbət təsir göstərir. Qloballaşan və İnternet əsri olan, informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrümüzdə yaradıcı insanlarla görüşləri müntəzəm olaraq keçirmək lazımdır. Belə görüşlər həm də milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğ edilməsinə səmərəli təsir göstərir.

B.Xəlilov Mətanət Ulu Şirvanlının həyat və fəaliyyəti haqqında məlumat verərək qeyd edib ki, Mətanət Ulu Şirvanlı özünəməxsus yaradıcılıq üslubuna, dəst-xəttə malik bir qələm sahibidir. Çoxlu şeir və nəsr əsərlərinin müəllifidir. Şeirləri, nəsr əsərləri cilalanıb, təmizdir. Oxucular onun əsərlərini həvəslə, maraqla oxuyurlar, şeirlərinə musiqilər bəstələnir. Bütün yaradıcı insanlar kimi, adilikdən qeyri-adilik yaratmaq Mətanət xanımın da səciyyəvi xüsusiyyətidir. Bu baxımdan onun “Avtobus sərgüzəştləri”, “Yuxu” əsərləri maraq doğurur. Yazıçının “Sarı çiçək”, “Ağ ayaqqabı” və digər əsərləri də diqqəti xüsusi cəlb edir.

Yazıçı-publisist Mətanət Ulu Şirvanlı isə görüşün keçirilməsinə görə ADPU-nun rəhbərliyinə, həmçinin Filologiya fakültəsinin professor-müəllim heyətinə və tələbə kollektivinə təşəkkür edib.

 





02.11.2016    çap et  çap et