525.Az
DİN Daşqın Məlikovun həbsi ilə bağlı rəsmi məlumat yayıb
Daxili İşlər Nazirliyi Daşqın Məlikovun həbsi ilə bağlı məlumat yayıb.
525.az-ın Daxili İşlər Nazirliyinin rəsmi məlumatına istinadən verdiyi məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Daşqın Məlikovdan 1,49 qram tiryək və 1 ədəd saxta 100 manatlıq əsginas götürülüb.
Daşqın Məlikov barəsində Sumqayıt Şəhər Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Daşqın Məlikov AXCP Sumqayıt şəhər təşkilatının üzvüdür.
27.03.2013
çap et